Türkiyə ilə ABŞ arasında NATO müttəfiqliyi və uzunmüddətli tərəfdaşlıq mövcuddur.

Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Departament bildirib ki, ABŞ fevralın 6-da Türkiyədə baş vermiş dağıdıcı zəlzələlərin nəticələri ilə bağlı lazımi yardımı göstərməyə davam edəcək.

Bəyanatda deyilir: “ABŞ və Türkiyə böhran dövründə, regional təhlükəsizlik və rifah naminə birgə işləmək üzrə zəngin tarixə malikdir. 1952-ci ildən NATO-nun üzvü olan Türkiyə alyansın Əfqanıstan, İraq və Balkanlar da daxil olmaqla dünya üzrə missiyalarını dəstəkləyir”.

.