ABŞ administrasiyası Rusiyanın Strateji Hücum Silahlarının azaldılması Müqaviləsində (START) iştirakını dayandırdıqdan sonra onun hərəkətlərinə nəzarəti davam etdirir.
Bu barədə Prays ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays jurnalistlər üçün keçirilən növbəti brifinqdə bildirib.
Diplomatın sözlərinə görə, lazım gələrsə, Vaşinqton cavab verməyə hazırdır.
“Rusiya Federasiyası nüvə məsələsi ilə bağlı hər hansı addım atsa, biz istənilən şəraitdə ölkəmizin və müttəfiqlərimizin təhlükəsizliyini təmin etməyə hazır olacağımızı təmin edəcəyik”, - deyə Prays bildirib.
.
