Azərbaycan Dövlət Akademik Musiqili Teatrı balet truppasına işçi qəbulu ilə bağlı müsabiqə elan edib.

Teatrdan verilən məlumata görə, xoreoqrafiya sənəti sahəsində çalışan ixtisas təhsilli 18 yaşından yuxarı şəxslər müsabiqədə iştirak edə bilər.

Aşağıdakı sənədlərin qəbulu  2021-ci il dekabrın 1-dək davam edəcək:

- Şəxsiyyət vəsiqəsinin surəti

- Təhsil haqqında sənədin surəti (və ya təhsil aldığı ali  məktəbdən arayış)

- Əmək kitabçasının surəti

- Tərcümeyi-hal

- Yaradıcılıq xasiyyətnaməsi (köhnə iş yerindən)

- 2 fotoşəkil (3x4)

 - Fəxri ad və ya yaradıcılıq müsabiqələrində alınan diplomların və fəxri  fərmanların surətləri

.