“Avtoyuma məntəqələri öz fəaliyyətində tullantı əmələ gətirdiyi üçün Dövlət Ekoloji Ekspertiza Agentliyindən rəy almalıdır”.

Bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyib.

Onun sözlərinə görə, avtoyuma məntəqəsində tullantılardan ətraf mühit zərər görür: “İnsanlar bu tullantılardan müəyyən təsirə məruz qalır. Buna görə də ekoloji ekspertiza rəyi alınmalıdır”.

.