Ukraynanın Donbas bölgəsində ATƏT-in monitorinq missiyasının avtomobilinin minaya düşməsi nəticəsində ölən ABŞ vətəndaşıdır.

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bu barədə ATƏT-in Ukraynada Xüsusi Monitorinq Missiyası (XMM) rəhbərinin müavini Aleksandr Huq bildirib
"Hadisə nəticəsində ölən ABŞ, yaralananlar isə Almaniya və Çexiya vətəndaşlarıdır. Yaralılar Luqansk şəhər xəstəxanasına çatdırılıb”, deyə A.Huq bildirib.
Bundan əvvəl Ukrayna daxili işlər nazirinin müşaviri, Ali Radanın deputatı Anton Qeraşşenko insident nəticəsində Böyük Britaniya vətəndaşının öldüyünü bildirib.
Xatırladaq ki, ötən gün Donbasda ATƏT-in missiyasına məxsus avtomobil minaya düşüb.
.