Donbasda baş verən silahlı münaqişə nəticəsində 500 nəfər itkin düşüb.
APA-nın məlumatına görə, bu barədə Ukrayna Ali Radası sədrinin birinci müavini İrina Qeraşşenko ICTV telekanalına müsahibə verərkən deyib.
"Təmas qrupunda Ukraynanın nümayəndə kimi mənim başlıca vəzifəm Debaltsevo və digər faciəvi hadisələrdən sonra girov götürülən insanları azad etmək, itkin düşənləri tapmaqdır. Hazırda bizim siyahımız üzrə 500-dək insan itkin düşmüş hesab edilir”, deyə İ.Qeraşşenko vurğulayıb.
Onun sözlərinə görə, məsələ ilə əlaqədar avqustun 30-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin missiyası Ukraynaya səfər edəcək.
.
