ABŞ Prezidenti Donald Tramp 11 noyabr və 8 may tarixlərini müvafiq olaraq I və II Dünya müharibəsində Qələbə Günü elan edib.

Bu barədə o, “Truth Social”dakı hesabında yazıb.

8 may tarixi isə ABŞ-ın Avropada qələbəsi günü elan edilsə də milli bayram günü olaraq qeyd edilmir.

Qeyd edək ki, 1918-ci il, noyabrın 11-də Antanta dövlətləri ilə Almaniya arasında Kompyen müqaviləsi imzalanıb və bununla da I Dünya müharibəsi aşa çatıb. 2026-cı ildən milli bayramlar siyahısına daxil edilən həmin tarix 1954-cü ildən Veteranlar Günü olaraq qeyd edilməyə başlayıb.

.