ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədini irəli sürüb.

Ağ evin rəsmi saytı xəbər verir ki, bu vəzifəyə Örl Litzenbergerin (Earl D. Litzenberger) namizədliyi irəli sürülüb.

Qeyd edək ki, o, daha əvvəl ABŞ-ın Serbiya və Qırğızıstanda diplomatik nümayəndəliklərində müxtəlif vəzifələr tutub.

E.Litzenberger fransız, rus, serb və bolqar dillərində danışır.
.