ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd olan Donald Tramp bəyan edib ki, Rusiya lideri Vladimir Putin amerikalı həmkarı Barak obamadan dəfələrlə güclüdür.
Azvision.az-ın məlumatına görə, bu barədə Tramp CNN telekanalında debatlar zamanı bildirib.
"Hesab edirəm ki, Putin Rusiya üçün olduqca güclü liderdir. O bizim prezidentdən xeyli güclüdür”, - deyə Tramp vurğulayıb.
Siyasətçi, səsləndirdiyi fikirlərin Rusiya prezidentini dəstəkləməsi anlamına gəlmədiyini deyib.
Tramp, həmçinin qeyd edib ki, daha əvvəl Almaniya kansleri Angela Merkeli də güclü lider hesab edib: "Lakin onun Almaniyanın başına gətirdiyini oyunu görəndə məyus oldum. Almaniya indi fəlakətə bənzəyir”.
