ABŞ Prezidenti Donald Tramp 2020-ci ildə keçiriləcək prezident seçkilərində indiki vitse-prezident Mayk Penslə tandemdə iştirak edəcəyini təsdiqləyib.
"Reuters” verdiyi xəbərə görə, bunu D.Tramp jurnalistlərə açıqlamasında deyib.
"Mən Mayk Pensdən çox razıyam. Mayk Pens əla vitse-prezidentdir. Onu dəyişmək haqda düşünmürəm”, - deyə ABŞ Prezidenti bildirib.
.
