Minsk və Bakı arasında ticari-iqtisadi tərəfdaşlıq ardıcıl olaraq güclənməkdə davam edir.

Bu barədə Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıqda sənaye kooperasiyası xüsusi əhəmiyyət kəsb edir. Diplomat Gəncə Avtomobil Zavodunda sistemli işin davam etdiyini qeyd edib.

O bildirib ki, burada bu günə qədər təxminən 14 min Belarus traktoru istehsal olunub.

"Paralel olaraq müəssisədə yanğınsöndürmə-xilasetmə və kommunal texnikasının istehsalı həyata keçirilir", - D.Pineviç vurğulayıb.

.