Diyarbəkir əyalətinin Diclə rayonunda törədilən partlayış nəticəsində 1 hərbçi ölüb, 26 nəfər yaralanıb.
APA-nın "Milliyet”-ə istinadən verdiyi məlumata görə, aralarında mülkü vətəndaşların də olduğu yaralılar helikopter və təcili yardım maşınları ilə Diyarbakır Hərbi Hospitalına göndərilib..
 
Son məlumata əsasən, yaralılardan 3-ün vəziyyətinin ağır olduğu bildirilir.
 
***
 
00:39

 
Diyarbəkir əyalətinin Diclə rayonunda partlayış baş verib.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident jandarm binası yaxınlığında qeydə alınıb.
 
Partlayışın PKK terror təşkilatı tərəfindən həyata keçirildiyi ehtimal edilir.
 
Müxtəlif məlumatlara görə, hadisə nəticəsində 3-dən 10-dək hərbçi yaralanıb.
 
Qeyd edək ki, mayın 1-də Türkiyənin Gaziantep şəhərində Polis İdarəsinin qarşısında bomba yüklü avtomobilə törədilən partlayış nəticəsində 2 polis şəhid olub, 18-i polis əməkdaşı olmaqla, 22 nəfər yaralanıb.

 
.