Müasir İncəsənət Muzeyi bir sıra mətbuat orqanlarında Xəyyam Abdinovun həbsi ilə bağlı yayılan məlumatlarla əlaqədar açıqlama verib.

Müasir İncəsənət Muzeyinin direktoru Rövlan Əliyev bildirib ki, Xəyyam Abdinov uzun müddətdir, Muzeydə çalışmır, o, direktor vəzifəsindən azad olunub.

“Xəyyam Abdinovun həbsi ilə bağlı məsələlərin Müasir İncəsənət Muzeyi ilə hər hansı əlaqəsi yoxdur”, - deyə Rövlan Əliyev bildirib.

Qeyd edək ki, X. Abdinovun Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən tutulduğu barədə məlumat yayılıb.

.