Moskvadakı Dövlət Şərq Muzeyinin ilk eksponatı Qarabağ xalçası olub.

Bu barədə Dövlət Şərq Muzeyinin direktoru Andrey Sedov məlumat verib.

Onun sözlərinə görə, 1918-ci ildə yaradılan muzeyin demək olar Azərbaycanla sıx bağlılığı var.

“Belə ki, muzeyin birinci eksponatı, 1918-ci ildə muzeyə daxil olan bir nömrəli predmet Qarabağ xalçasıdır. Bu xalçaya muzeyin bir nömrəli invertar adı verilib. Azərbaycan xalçası muzeyə Tver küçəsindəki xalça mağazasından daxil olub. 1918-ci ildə həmin mağaza milliləşdiriləndə Qarabağ xalçasını bizim muzeyə veriblər”, - direktor qeyd edib.

.