Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri bu gün Şəhidlər xiyabanını ziyarət edib.
Diplomatlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər.
Qeyd edək ki, 20 Yanvar faciəsindən 36 il ötür.
.
