“Bəzi xəbər saytlarında ölkəmizdə keçirilən II Yaylaq Festivalı zaman böyük tıxacların olması və vətəndaşların bu tıxacda qalması ilə bağlı əsası olmayan yazılar dərc olunub”.

Bunu Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

Qeyd edilib ki, Göygöl rayonun da keçirilən festival ilə bağlı rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib, həm ictimai asayişin qorunması həm də nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları mütəmadi müvafiq tədbirlər görür: "Bu tədbirlərə festivala gələn avtomobillərin festival ərazisinə növbəli şəkildə buraxılması da daxildir. Festivalın keçirildiyi yer dağlıq ərazidir, həmin ərazidə olan yol bir tərəfli olmaqla bərabər sər dolanbac və yoxuşlu yoldur. Bu səbəbdə həmin ərazidə adi günlərdə də müəyyən olunmuş aşağı sürət ilə hərəkət edilməlidir. Əlavə olaraq dünən axşam saatlarında yağış yağması vətəndaşların eyni anda festival ərazisini tərk etməsinə səbəb oldu. Lakin bu zaman da Göygöl RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları müvafiq təhlükəsizlik tədbirləri görərək vətəndaşların təhlükəsiz və növbəli şəkildə hərəkətini təmin edib. Onu da qeyd edim ki, festival müddətində nə cinayət nə də inzibati xarakterli hüquqpozma qeyd alınmamaqla bərabər hər hansı bir yol nəqliyyat hadisəsi də baş verməyib”.

.