Daxili İşlər Nazirliyi Xaçmazda törədilən qətllə bağlı məlumat yayıb.
Nazirliyin saytının verdiyi məlumata görə, fevralın 4-də Xaçmaz rayonunun Çarxı kəndində kənd sakini Ehtiram Hidayətov münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Əfqan Cəfərova xəsarət yetirib. Ə. Cəfərov hadisə yerində ölüb.
E. Hidayətov könüllü RPŞ-yə gələrək təslim olub.
Xaçmaz RPŞ əməkdaşları tərəfindən onun evinə baxış zamanı "İJ-54” markalı tüfəng aşkarlanaraq götürülüb.
.
