“Artıq qızın özü və ailəsi müəyyənləşdirilib, polis əməkdaşları ailə ilə görüşüb profilaktik söhbət aparıblar”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov deyib.
O bildirib ki, qızın özü ilə polis əməkdaşları tərəfindən söhbət aparılıb:
“Qız polis əməkdaşları ilə söhbət zamanı bildirib ki, elçilik olub. Tezliklə nişan gözlənilirdi. 18 yaşdan sonra isə toy olacaq. Ailələr polisə dəvət edilib, birgə profilaktik söhbət aparılıb və onlara bildirilib ki, yetkinlik yaşına çatmayan şəxslərin nikaha girməsi cinayət məsuliyyəti yaradır”.

.