Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 ədəd avtomat, 1 tapança, 13 qumbara, 7 qumbara alışdırıcısı, 17 patron darağı, 877 ədəd müxtəlif çaplı patron, 10 ədəd müxtəlif markalı ov tüfəngi və 4 ədəd süngü-bıçaq təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə 15 ov tüfəngi və 49 ədəd patron aşkar edilərək götürülüb.

.