Sosial şəbəkələrdə metroda iki qadının dava etməsi ilə bağlı yayılmış görüntülər Bakıda çəkilməyib.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, Metropolitendə Polis Şöbəsində aparılmış araşdırmalar nəticəsində məlum olub ki, görüntülər başqa ölkədə çəkilib.

Xatırladaq ki, videonu sosial şəbəkələrdə paylaşanlar davanın "Bakı Metropoliteni" QSC-nin "Azadlıq prospekti" stansiyasında qeydə alındığını bildirir.

.