"Paytaxtın Suraxanı rayonunda 282 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir".
Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, rayon polisin rəhbər vəzifəli şəxsləri hazırda məktəbdədir: "Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatları yerində yoxlanılır. Neqativ hala rəvac verən halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaq".
Qeyd edək ki, sosial şəbəkələrdə paytaxtın Suraxanı rayonu ərazisində yerləşən 282 saylı tam orta məktəbdə sagirdin sinifdə qeyri-etki hərəkətlər etməsi, müəllim və qızları təhqir edtməsi ilə bağlı məlumatlar yayılıb.
.
