Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərimin qızını döyməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən bildirib ki, sosial şəbəkələrdə yayılan fotoların təfərrüatı ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılır:

“Vətəndaş Aynur Vaqif qızı Həmidova polis bölməsinə dəvət olunub və izahatı alınıb. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, Aynur Həmidova övladının atası tərəfindən işgəncələrə məruz qaldığı ilə bağlı fotoları sosial şəbəkədə yaysa da, bu barədə polisə müraciət etməyib.

.