Daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 21-də epidemiya əleyhinə, sanitariya-gigiyena karantin rejiminə əməl etməyən 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 21 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb.

Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

.