Zaqatalada itkin düşən Hindistan vətəndaşının axtarışları davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan xəbər verilib.

Bildirilib ki, Zaqatala rayonunda itkin düşən 29 yaşlı Hindistan Respublikası vətəndaşının axtarışlarına DİN Daxili Qoşunlarının hərbi qulluqçularından, Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti strukturunun əməkdaşlarından ibarət qruplarla yanaşı ərazini tanıyan yerli sakinlər, alpinistlər və dronlar da cəlb olunub: "Hazırda çətin relyefli dağlıq ərzilərdə itkin düşən şəxsin tapılması istiqamətində bütün zəruri tədbirlər görülür".

Xatırladaq ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.

.