Nəsimi rayonunda avtobuslarda cibgirlik edən və üzərində qanunsuz olaraq odlu silah gəzdirən şəxslər tutulub.
Yenizaman DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi RPİ-nin 22-cü Polis Şöbəsinin həyata keçirdiyi tədbirlə qanunsuz olaraq odlu silah-sursat gəzdirən Teymur Ağayev saxlanılıb. Üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, daraq və 4 ədəd patron aşkar edilərək götürülüb. Teymur Ağayev odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatla sərnişin avtobuslarında cibgirliklə məşğul olan Sərxan Əliyev də saxlanılıb.
Faktlarla bağlı toplanan materiallar üzə araşdırmalar davam etdirilir.
Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
.