Azərbaycanda adam öldürdüyünə görə axtarışda olan iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 221-ci (xuliqanlıq) maddələri ilə axtarışda olan R.Məmmədov və İ.Hüseynov saxlanılıblar.

.