"Dövlət İmtahan Mərkəzi üçün gələn il 800 nəfərlik iş yeri olan bina hazır olacaq. Hazırda tikinti işləri gedir".

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, bu mərkəz 1000-1500 nəfərin kompüterlə imtahan verməsinə imkan verəcək:

"Gələcəkdə regionlarda da belə mərkəzlər yaradılsa, imtahanların kağız formatdan komputerə keçirilməsindən danışmaq olar".

.