Dövlət İmtahan Mərkəzi ixtisas seçimi edən abituriyentlərin sayını açıqlayıb.

Dövlət İmtahan Mərkəzinin “Facebook” səhifəsində canlı yayımda Mərkəzin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib ki, bu saata qədər I qrup ixtisas qrupu üzrə 13287, II qrup üzrə 9104, III qrup üzrə 13434, IV ixtisas qrupu üzrə 3303, V qrupda isə 15 mindən çox abituriyent seçim edib. 

O qeyd edib ki, ixtisas seçimi sentyabrın 20-dək davam edəcək. 

.