Dövlət İmtahan Mərkəzi tərəfindən 10 avqust 2025-ci il tarixində peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi (qanunvericilik üzrә) keçirilib.

DİM-dən bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvanda 5 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 5 ümumi imtahan rəhbəri, 12 imtahan rəhbəri, 90 nəzarətçi, 15 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün yaxın 6 həftə ərzində elan olunacaq.

.