
Sosial şəbəkələrdə abituriyentlərə pul qarşılığında imtahan ballarının artırılması vədinin verilməsi dələduzluq halıdır.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarov jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, valideynləri diqqətli olmağa çağırıb:
“Belə hallarla rastlaşanda hüquq mühafizə orqanlarına müraciət etsinlər. Məlumat bazası yüksək təhlükəsizlik sistemi ilə təmin olunub və ora giriş edərək imtahan nəticələrini dəyişmək mümkün deyil".
.