"2021-ci ildə Azərbaycanda 96,4 min litrdən çox spirtli içki ilə əlaqədar yol verilmiş hüquqpozmalar üzrə iş açılıb, 310 ədəd saxta və saxta aksiz markası ilə markalanmış müxtəlif markalı spirtli içkilər qanunsuz dövriyyədən götürülüb".

Bunu Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini Güloğlan Muradlı bildirib.

O, bu barədə Lənkəran şəhərində DGK və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Gömrük sistemində islahatlar: Nəticələr, perspektivlər”mövzusunda keçirdiyi təlimin II günündə danışıb.

"Ötən il aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 310 min manat dəyərində 1,78 milyon ədəddən çox xaricdə istehsal olunan siqaretlər, eləcə də 1 840 ədəd istifadə üçün yararsız, saxta və keyfiyyətsiz siqaretlər tutlub", - gömrük rəsmisi qeyd edib.

.