Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini intihar edib.

Hadisə Astara rayonu Rüdəkənar kəndində qeydə alınıb.

Orada kirayədə yaşayan, 1986-cı il təvəllüdlü Cahangirli Əli Nəcəfalı oğlu özünü asaraq öldürüb.


Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirlinin intiharı faktı araşdırılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

 

.