İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə siyasi partiyaların qeydə alınan namizədlərinin sayı açıqlanıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, 25 siyasi partiyadan 459 nəfərin namizədliyi verilib, onlardan 305-i qeydə alınıb.

İndiyədək ümumilikdə 1030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Azərbaycanda parlament seçkiləri ilə əlaqədar indiyədək 228 beynəlxalq müşahidəçi qeydə alınıb

Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar indiyədək qeydə alınan beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, indiyə qədər 43 ölkə və 24 qurumdan 228 beynəlxalq müşahidəçi qeydə alınıb.

MSK sədri: Bizim 400 minə yaxın məcburi köçkün seçicimiz hələ də Azərbaycanın müxtəlif bölgələrində səs verməli olacaq

“Bizim 400 minə yaxın məcburi köçkün seçicimiz hələ də Azərbaycanın müxtəlif bölgələrində səs verməli olacaq”.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, azad edilmiş ərazilərdə 34 daimi seçki məntəqəsi yaradılıb: “Həmin ərazilərdə bərpa işləri çox sürətlə gedir. Amma o ərazilər minalanıb. Neçə-neçə vətəndaşımız mina partlamasında həlak olur, amma dünya buna susur”.

Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin olunub.

.