Deputatlar dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərən siyasi partiyaların cərimələnməsinə səs veriblər.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərilməsinə görə fiziki şəxslər 700 manatdan 1 000 manatadək cərimə olunacaq.

Layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

.