Deputat Aqil Abbasının daxili işlər orqanlarında çalışan oğlu Tuncay Abbasov yeni vəzifəyə təyin olunub.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Tuncay Abbasov Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəisi vəzifəsindən azad edilərək, Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı APA-ya təsdiqləyib.

.