“Dövlət qurumları bir sıra hallarda işə qəbulda obyektivlikdən uzaq qərar qəbul edirlər”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, bu da gəncləri dövlətdən narazı salır, onların başqa sahələrə yönəlməsinə səbəb olur.

Deputat nazirliklərin deputatların rəsmi müraciətlərinə cavab verməməsinə diqqət çəkib: “Biz məktub yazırıq, ancaq çox vaxt şablon cavablar verilir. Bəzən rəhbər yox, hansısa sektor müdiri cavab verir. Qanunu qəbulu ilə yanaşı nəzarət mexanizmləri də olmalıdır”.

.