""Daşınar əmlakın yüklülüyü haqqında" qanun həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə mövcuddur. Lakin MDB-də belə bir qanun Özbəkistandan başqa heç bir ölkədə tətbiq edilmir”.
Bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən deyib.
Deputat bildirib ki, Azərbaycanın bank sistemində olan problemlər, faiz dərəcələrinin yüksək olması insanların vəziyyətini daha da ağırlaşdırıb.
"Problemli kreditlərimizin sayı kifayət qədərdir. Bu baxımdan sözügedən qanun layihəsi əgər bu məsələlərin həllinə yönələcəksə, onu qəbul etmək olar. Bu gün banklar valyutadəyişmə məntəqəsinə çevrilib.
İndiyədək insanların evləri, mülkləri, torpaqları, avtomobilləri əlindən alınırdısa, belə çıxır ki, indi də ev əşyaları, xalçaları, palazları əllərindən alınacaq ki, bu da çox ağır nəticələrə gətirib çıxaracaq. Buna görə də aidiyyatı qurumlar bu məsələni nəzərə almalıdır.
Bu baxımdan məsələyə yanaşdıqda onun konsepsiyası kifayət qədər aydın olsa da, mətn anlaşıqlı deyil”.(Modern.az )
