Xəzər dənizində növbəti boğulma hadisəsi baş verib.

"Report"un məlumatına görə, rayonun 1999-cu il təvəllüdlü Qaraçobanlı Zülfi Rasim oğlu Bakı şəhərində dənizdə çimərkən batıb.

Onun meyiti dənizdən çıxarılaraq ailəsinə təhvil verilib.

Z.Qaraçobanlı II kurs tələbəsi olub.

Faktla bağlı araşdırma aparılır.
.