Müğənni Demet Akalın aktrisa Serenay Sarıkayaya albom çıxartmaq təklif edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, Serenayın son rol aldığı reklamın kamera arxası görüntülərini gördükdən sonra onun haqqında deyib:

"Bu qız rok ulduzu olmalıdır. Mahnı oxumalıdır... Belə cazibədarlıq ola bilməz. İkinci dəfə deyirəm, mən onun üçün albom çıxarmağa hazıram".

Qeyd edək ki, S.Sarıkaya "Lale devri" serialındakı ifasından sonra Demetdən təklif almışdı. Aktrisa daha sonra "Medcezir" serialında oxuduğu mahnılarla səsini sübut etmişdi.



 .