Pakistanda məbəddə törədilən partlayış nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb, 100-dək dindar yaralanıb. 
 
APA-nın "Dawn” nəşrinə istinadən verdiyi xəbərə görə, partlayış Belucistan əyalətində yerləşən məbədin daxilində dini ayin keçirilən zaman baş verib. Partlayış baş verən an məsciddə 500-dən çox dindar olub. 
 
Terror aktı nəticəsində azı 100 nəfər yaralanıb.
 
"İŞİD” terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
.