Rusiyanın Tver vilayətinin Spirovsk rayonunda dəhşətli yanğın hadisəsi baş verib. 

Teleqraf.com "TASS" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, hadisə zamanı 5-i azyaşlı olmaqla 6 nəfər həlak olub: "Ana və 5 azyaşlı övladı yanğında həyatını itirib. Bir nəfər isə yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Hadisənin səbəbləri məlum deyil. Faktla bağlı araşdırmalar aparılır".

.