2026-cı il dünya çempionatında B qrupunun oyunlarına start verilib.

Ev sahiblərindən olan ABŞ millisi ilk matçında Paraqvay ilə qarşılaşıb.

Los Anceles stadionunda keçirilən görüş Bakı vaxtı ilə səhər saat 05:00-da başlayıb.

Matçda hesab 7-ci dəqiqədə açılıb. Paraqvay millisinin futbolçusu Babadilla topu öz qapısına göndərərək ABŞ-ı hesabda önə keçirib. 31-ci dəqiqədə isə daha əvvəl qolu qeydə alınmayan Baloqun fərqlənib və meydan sahiblərinin üstünlüyünü iki topa yüksəldib.

İlk hissənin sonlarında Baloqun yenidən səhnəyə çıxıb. ABŞ millisinin hücumçusu fərqi üç topa çatdırıb və komandalar fasiləyə meydan sahiblərinin 3:0 hesablı üstünlüyü ilə yollanıblar.

Paraqvay millisi 73-cü dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. Maurisio hesab arasındakı fərqi 2-yə endirən qolu vurub.

Oyunda son nöqtəni isə ABŞ qoyub. Ciovanni Reyna 90+8-ci dəqiqədə komandasının 4-cü qolunu vurub. Görüş bu hesabla da başa çatıb: 4:1.

DÇ-2026
​​​​​B qrupu
​13 iyun

05:00. ABŞ - Paraqvay 4:1

Qol: Babadilla, 7 (ö.q), Baloqun, 31, 45+5, Maurisio, 73, Reyna, 90+8

ABŞ: Mettyu; Friman, Riçards, Ream, Robinson; Adams, Tillman; Dest, Makkenni, Pulişiç; Baloqun

Paraqvay: Gill; Alonso, Alderete, Gomez, Kaserez, Almiron, Bobadilla, Kubas, Gomez, Ençizo, Sanabria

.