2022-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək Qətər hökuməti oyunlara qatılmaq üçün azarkeşlərdən koronavirus əleyhinə peyvəndlənmələrini tələb edəcək.
Bu barədə AP-yə açıqlamasında hökumət rəsmisi Şeyd Xalid açıqlama verib.
O bildirib ki, Qətər fanatların virusa qarşı tam aşılanmadan stadiona girməsinə icazə verməyəcək: "Hazırda mundiala gələnləri immunizasiya etmək məqsədi ilə bir milyon doza koronavirus peyvəndi almaq üçün şirkətlə danışıqlar aparırıq. Bizim əsas məqsədimiz vətəndaşların və sakinlərin sağlamlığını qorumaqdır".
Xatırladaq ki, DÇ-2022 gələn il 21 noyabr - 18 dekabrda olacaq. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.