Qətərdə keçirilən DÇ-2022-də qrup mərhələsinin II turuna yekun vurulub.
Turun son görüşü H qrupunda baş tutub.
Çempionatın 9-cu oyun günü Portuqaliya və Uruqvay arasında görüşlə yekunlaşıb. Qarşılaşmanın taleyi ikinci hissədə həll olunub.
Bruno Fernandeşin qapı önünə hava ötürməsindən sonra Kriştiano Ronaldonun toxunuş cəhdi baş tutmasa da, top qapıdan keçib. Yarımmüdafiəçi görüşün uzatma dəqiqələrində penaltidən ikinci qolunu vuraraq dublunu rəsmiləşdirib.
2:0 hesablı qələbə ilə xal hesabını 6-ya çatdıran Portuqaliya 1/8 finala vəsiqəni təmin edib. Pireneylilər Fransa və Braziliyadan sonra buna nail olan 3-cü komandadır.
Qeyd edək ki, H qrupunda sonuncu turun matçları dekabrın 2-də keçiriləcək. Cənubi Koreya Portuqaliya, Qana isə Uruqvayla görüşəcək.
.