Qətərdə keçirilən DÇ-2022-də G qrupunda II tura start verilib.
Mundialın 9-cu oyun günü Kamerun – Serbiya matçı ilə başlayıb.
İlk turda uduzan autsayderlər 1/8 final şansını çətinə salmamaq üçün mübarizə aparıb. Dramatik alınan qarşılaşmada azarkeşlər 6 qol izləyib. Afrika təmsilçisi hesabı açsa da, avropalılar ardıcıl 3 topla önə keçib. Lakin bu üstünlüyü qorumaq mümkün olmayıb. İkinci hissədə 4 dəqiqə ərzində rəqibi iki dəfə mərkəzə dəvət edən Riqober Sonqun yetirmələri məğlubiyyətdən qurtulub.
Bu bərabərlik son tur öncəsi hər iki komandanın şansını minimuma endirib.
Qeyd edək ki, qrupda son turun oyunları dekabrın 2-də keçiriləcək. Həmin gün Serbiya İsveçrəyə, Kamerun isə Braziliyaya rəqib olacaq.
DÇ-2022, qrup mərhələsi
II tur
G qrupu
Kamerun – Serbiya - 3:3