Qətərdə keçirilən DÇ-2022-də daha bir matç baş tutub.
Dördüncü oyun gününün ikinci qarşılaşmasında Almaniya ilə Yaponiya üz-üzə gəlib.
Görüş Bundestimin üstünlüyü ilə başlayıb. Lakin Hans-Diter Flikin yetirmələri asiyalıların qapısına yalnız bir dəfə yol tapıb. İlkay Gündoğan penalti zərbəsini dəqiq yerinə yetirib.
İkinci hissədə yaponiyalılar oyunda dönüş yarada bilib. Əvvəl Ritsu Doan, matçın sonlarında Takuma Asanonun vurduğu qollar Yaponiyaya əzmkar qələbə qazandırıb – 2:1.
Qeyd edək ki, E qrupunda turun digər qarşılaşmasında İspaniya ilə Kosta-Rika görüşəcək. Bu oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
DÇ-2022, qrup mərhələsi
23 noyabr, I tur
E qrupu
Almaniya – Yaponiya - 1:2
.