Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində keçirəcəyi daha üç oyunun yeri dəqiqləşib.
İrlandiya ilə həm evdə, həm də səfərdə, Serbiya ilə rəqib meydanında baş tutacaq görüşün təşkil olunacağı stadion müəyyənləşib.
Sentyabrın 4-də Azərbaycan millisi İrlandiyanın qonağı olacaq. Dublindəki matç “Aviva” stadionunda baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Oktyabrın 9-da yığmamız İrlandiyanı qəbul edəcək. Saat 20:00-da başlayacaq matç Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
Oktyabrın 12-də Serbiyada keçiriləcək qarşılaşma Belqradda baş tutacaq. Rayko Mitiç stadionundakı görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, Lüksemburq sentyabrın 1-dəki səfər, noyabrın 11-dəki ev oyununun yeri hələ dəqiqləşməyib. Sentyabrın 7-də Portuqaliya ilə qarşılaşmanın isə Bakı Olimpiya Stadionunda təşkil olunacağı öncədən bəlli idi.