2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin ilk bölümündən sonra 9 komanda xal qazana bilməyib.
A qrupunda Azərbaycan və İrlandiya 2, I qrupunda isə Andorra və San Marino yığmaları 3 rəsmi oyundan sonra xalsızdır.
Digər qruplardan Kosovo, Litva və Estoniya ilk 2, Cəbəllütariq və Lixtenşteyn ilk 3 oyununu məğlubiyyətlə başa vurub.
6 komanda isə seçmə mərhələdə maksimum nəticə göstərib. İtaliya, Danimarka, İngiltərə və Ermənistan 3, İsveç və İsveçrə isə 2 görüşdə qalib gəlib.
.