
Rusiyadakı dünya çempionatının finalı Fransa yığmasının müdafiəçisi Rafael Varan və Xorvatiya millisinin kapitanı Luka Modriç üçün xüsusi əhəmiyyət kəsb edəcək.
Yenizaman.az-ın məlumatına görə, bunlardan biri eyni ildə Çempionlar Liqasının qalibi və dünya çempionu titullarını qazanan 9-cu futbolçu olacaq. Hər iki oyunçu İspaniya "Real Madrid"ində çıxış edir.
Əvvəlki illərdən Almaniyanın 6, Fransa və Braziliyanın hərəyə 1 futbolçusu eyni ildə iki nüfuzlu kuboka yiyələnib:
1974: Zepp Mayer, Paul Braytner, Hans-Georq Şvartsenbek, Frants Bekkenbauer, Herd Müller Ulu Höness ("Bavariya" və Almaniya yığması)
1998: Kristian Karambö ("Real Madrid" və Fransa yığması)
2002: Roberto Karlos ("Real Madrid" və Braziliya yığması)
Qeyd edək ki, iyulun 15-də Moskvadakı "Lujniki" stadionunda keçiriləcək Fransa - Xorvatiya matçı Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.
.