
DÇ-2018 davam edir. Bu gün A qrupunda mübarizəyə yekun vurulub.
A qrupunda artıq 1/8 finala vəsiqəni təmin etmiş Uruqvay və Rusiya qarşılaşıb.
Matç Uruqvayın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Uruqvay qrupu 1-ci, Rusiya 2-ci pillədə başa vurub.
Qrupun digər matçında Səudiyyə Ərəbistanı Misiri məğlub edib - 2:1.
DÇ-2018
25 iyun
III tur
A qrupu
Uruqvay - Rusiya - 3:0
Qollar: Suares, 10, Çerışev, 23 (öz qapısına), Kavani, 90+2
Samara, "Samara Arena"
Səudiyyə Ərəbistanı - Misir - 2:1
Qollar: Əl-Fərəc, 45+6 (pen.), Əl Davsari, 90+5 - Salah, 22
Baş hakim: Vilmar Roldan (Kolumbiya)
Volqoqrad, "Volqoqrad Arena"
1. | Uruqvay | 3 | 3 | 0 | 0 | 5-0 | 9 |
2. | Rusiya | 3 | 2 | 0 | 1 | 8-4 | 6 |
3. | Səudiyyə Ərəbistanı | 3 | 1 | 0 | 2 | 2-7 | 3 |
4. | Misir | 3 | 0 | 0 | 3 | 2-6 | 0 |